Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

23 Avqust

2017
17:14
2647
2 il sonra buraxılış imtahanları fərqli olacaq

Yaxın günlərdə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi 2 ildən sonra buraxılış və qəbul imtahanlarında ediləcək dəyişiklərlə bağlı birgə elan verəcək.

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “ASAN Radio”ya müsahibəsində bildirib ki, gələn il ali məktəblərə buraxılış və qəbul imtahanlarında heç bir dəyişiklik olmayacaq. Lakin onun fikrincə, nəzərə almaq lazımdır ki, kurikulum əsasında təhsil alan şagirdlər 2 ildən sonra XI sinifdə təhsil alacaq və onların biliyinin qiymətləndirilməsi fərqli formada keçirilməlidir: “Bu il kurikulum əsasında təhsil alan IX sinif şagirdləri üçün buraxılış imtahanları yeni qaydada - ikimərhələli şəkildə həyata keçirildi. Həmin şagirdlər iki ildən sonra XI sinifdə təhsil alacaq və onlar üçün keçiriləcək imtahanlarda yeniliklər ediləcək”. 

M. Abbaszadə qeyd edib ki, artıq IX və XI illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul yalnız buraxılış imtahanlarının nəticəsinə əsasən aparılır. Onun sözlərinə görə, qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər də buraxılış imtahanı verdikdən sonra qabiliyyət tələb edən imtahanlara qatılaraq bu yerləri qazanmaq imkanı əldə edib: “Ola bilsin ki, iki ildən sonra ali təhsil müəssisələrinin bəzi ixtisaslarına yalnız buraxılış imtahanlarının nəticəsinə əsasən qəbul aparılacaq. İki ildən sonra XI sinif şagirdləri üçün buraxılış imtahanları iki mərhələdə olacaq, ənənəvi test suallarından başqa yeni növ qiymətləndirmə-esse, açıq sual, mətn üzərində işləmə kimi tapşırıqlar veriləcək. Buna hazırlıqlı olmaq lazımdır”.

Məqalədə : Buraxılış imtahanı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-11-2017 15:24

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru