Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

23 Avqust

2017
15:16
501
“Satılır” qadağası yalan çıxdı, DYP rəsmisi məsələyə aydınlıq gətirdi

Bir neçə gündür ki, mətbuatda avtomobillərin üzərində “satılır” elanının yazılmasının qadağan edilməsi ilə bağlı müzakirələr gedir. Qeyd edək ki, belə bir açıqlama Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin adından yayılıb.

Ekspertlər isə bu qadağaya etiraz edərək, bunun hər hansı hüquqi əsasının olmadığını bildiriblər. Belə ki, şəxsin öz maşınını satması kommersiya fəaliyyəti hesab olunmadığından "Reklam haqqında" qanunun tələbləri ona şamil oluna bilməz.

“Yeni Müsavat”ın müxbiri mətbuatda gedən təndiqlər və müzakirələrlə bağlı DYP-nin mövqeyini öyrənmək üçün Kamran Əliyevlə əlaqə saxlayıb.

Kamran Əliyev isə belə bir açıqlamadan xəbərsiz olduğunu bildirib: “Mən 15 gündür məzuniyyətdəyəm, ölkədə deyiləm. Belə bir açıqlamadan və müzakirələrdən xəbərim yoxdur. Avtomobilin üzərinə sadəcə “satılır” sözünün yayılması niyə qadağan olunmalıdır ki?... Mənim adımdan bu açıqlamanın necə yayılması haqqında isə heç nə deyə bilmərəm”.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru