Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Avqust

2017
12:27
2922
Səudiyyə Ərəbistanının Yəmən müharibəsinin məxfi kodu açıqlandı

Yəmən uzun əsrlər  Səudiyyə hökmranlığı ilə mübarizə apararaq əziyyət çəkib və bu günə kimi də daimi bombardman, mühasirə və aclıq şəraitində mətanətlə müqavimət göstərir. FaktXeber.com-un yemenpress-ə istinadla verdiyi məlumata görə, bu barədə Amerika MKİ-nin sabiq vitse-prezidenti Qrehem Fuller ABŞ-ın Yaxın Şərq siyasətinə mütəmadi  ekspert  baxışlarının dərc olunduğu American Lubilog veb saytında dərc edilən məqaləsində bildirib.

Fuler deyib ki, Səudiyyə Ərəbistanının  Ərəbistan yarımadasında  dominatlığı ilə  bağlı yeni aqresiya kampaniyası ilə əlaqədar gələcək geosiyasətinin cansıxıcı əlamətləri var: "Ən çox narahat doğuran məsələ isə, Səudiyyə Ərəbistanı öz hakimiyyətini genişləndirmək  və son nəticədə Ərəbistan yarımadasında nəzarəti ələ almaq üçün vəhabi xanədanını inşa etmək, regionda  vəhabilik idelogiyasını möhkəmləndirməklə uzunmüddətli  plan çərçivəsində hərəkət edir".

O bildirib ki, Səudiyyə Ərəbistanı Böyük Britaniyadan İndoneziya və Cənubi Afrikaya yollanan vəhabi təbliğatçıların əsas sponsorudur: "Ər-Riyad terror əməliyyatları ideologiyasını təbliğ edən məktəbləri və məscidləri maliyyələşdirir. Səudiyyə Ərəbistanının yarımadadakı hegemoniyası bu problemi daha da artıracaq".

Qrehem Fuller vurğulayıb ki, Səudiyyə Ərəbistanının mühafizəkar sosial  normaları və avtoritar hakimiyyət ilə xarakterizə olunan siyasəti son zamanlar şahzadə Muhəmməd Bin Salmanın düşüncəsiz fəaliyyətləri ilə dəyişdi. Vəliəhd şahzadə Məhəmməd bin Salman Səudiyyə  Ərəbistanını neft asılılığından qurtarmaq və ölkədə bəzi "dini" məhdudiyyətləri yüngülləşdirmək kimi hədəflərinə  çata bilmədi.

Daha vacibi odur ki, o, qeyri-ənənəvi və arzuolunmaz aqresiv xarici siyasət aparır.

Fullerin sözlərinə görə, Bin Salmanın bu düşüncəsiz siyasətinin  ilkin əlamətləri  İranın "təhlükəli nüfuzunun" qarşısını almaq üçün qonşu Yəməndə 2015-ci ildə müharibəni başlatmasıyla göründü.

O, deyib ki, Yəmən  hazırda ABŞ tərəfindən  maddi-texniki  dəstək alan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi tərəfindən qəddar hərbi təcavüzə məruz qalıb, nəticədə  minlərlə yəmənli həlak olub, infrastruktur məhv edilib və epidemiyalar yayılıb.

Fuller  iddia edir ki, Səudiyyə Ərəbistanı Yəmən də daxil olmaqla Ərəbistan yarımadasında hakim mövqe əldə etmək istəyir. Lakin onun sözlərinə görə, Ər-Riyad  Yəməni öz  suverenliyinə  tabe edə bilməyəcək.

"Yəmən – Ərəbistan yarımadasında ən mədəni inkişaf etmiş  ərəb ölkəsidir. Bura güclü dağlıq ərazidir. Yoxsulluğuna və Fars körfəzində digər ölkələrdən fərqli olaraq neftə sahib olmamasına baxmayaraq, onda özünəməxsusluğu və qədim mədəni irsi barədə dəqiq təsəvvür var", deyə o bəyan edib.

Füller  bildirib ki, Səudiyyə Ərəbistanının indiyə qədər Yəmənə qarşı başlatdığı qəddar müharibəsi,hansı ki, bu gün "İran təhlükəsi" bəhanəsi ilə davam edir, ölkəni və xalqı aclıq, xəstəlik yolu ilə məhv etmək üçündür: "Lakin bin Salmanın siyasəti Yəməndə siyasi iflasların başında gəldi".

Milli Kəşfiyyat Şurasının sabiq sədr müavini belə qənaətə gəlib ki, Səudiyyə Ərəbistanı və Fars körfəzinin  digər şeyxlərinin  ekspansiyasının arxasında əsas iki faktor durur: "Birincisi, bu hadisələrin belə inkişafında ictimai rəy qarşısında beynəlxalq hüquqların  kobud şəkildə pozulmasıdır. İkincisi, bunun İraq, İran və Türkiyə kimi regionun digər ölkələrinin marağında olması  Səudiyyə Ərəbistanının ekspansiyasına mane olacaq. Misir də Səudiyyə Ərəbistanının belə addımlarına qarşı çıxacaq, lakin o, bu gün Ər-Riyadın Maliyyə dəstəyindən asılıdır".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Yəmən 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2019 19:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com