Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

23 Avqust

2017
09:57
1118
Media eksperti: Sosial şəbəkələr KİV sayılmır

Hazırda Azərbaycanda müxtəlif adlarda kütləvi informasiya vasitələri fəaliyyət göstərir. Məlumdur ki, media ilə bağlı müxtəlif məsələlər qanunvericiklə tənzimlənir. O cümlədən istər dövlət, istərsə də özəl media qurumlarının adları da buna daxildir. Məsələn, kütləvi informasiya vasitəsinin adında dövlət təşkilatlarının, beynəlxalq qurumların, idarə və  müəssisələrin, yerli özünüidarəetmə  orqanlarının adından istifadə  olunmasına həmin qurumların razılığı ilə yol verilir.

Lakin bəzən sosial şəbəkələrdə bir sıra mətbuat orqanlarının  adları ilə eyni olan müxtəlif hesablara rast gəlirik.

Maraqlıdır, qanunvericilikdəki bəndi sosial şəbəkələrə aid etmək mümkündürmü? Eyni addan istifadə halları üçün hansı cəza tədbirləri görmək olar?

Hüquqşünas, media eksperti Ələsgər Məmmədli Modern.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrin öz qaydaları və bütün məsələlər bunun əsasında tənzimlənir:

“Kütləvi informasiya vasitələrinin adları ilə bağlı qanunda dəyişikliklər oldu. Buna əsasən müəyyən məhdudiyyətlər gətirildi. Bunlar  xüsusi şəxslərin, tanınmış şəxslərin adlarıdır. Bunun xaricində eyni adların təkrar qoyulması qadağandır. Bundan başqa məsuliyyət yoxdur.

Bilirsiniz, sosial şəbəkələr ayrıca KİV sayılmır. Çünki sosial şəbəkənin öz qaydaları var. Əgər hər hansı sosial şəbəkədə mətbuat orqanlarının adını, yəni eyni adları təkrar edən varsa və ya şəxsin adı mənimsənilirsə, şikayət edilir və bəlli müddətdən sonra məsələ araşdırılır. Qanunsuz, icazə alınmadan addan istifadə halları varsa, hesab buna görə ləğv edilə bilir. Bununla bağlı qanunvericilikdə hər hansı bir şey olmasa da, sosial şəbəkələrin özünün tənzimləmə sənədi var. Həmin sənədlərə baxmaq lazımdır”.

Hüquqşünas qeyd edib ki, şəxsin adına ziyan vurulubsa, zərər qarşılanmalıdır:

“Eyni zamanda şəxslərin, mətbuat orqanlarının, hüquqi şəxslərin və ya brendlərin adının da mənimsəmə halları ola bilər.  Bu da eyni mahiyyəti daşıyır. Heç bir halda başqalarının adını onların icazəsi olmadan mənimsəmək olmaz.

Belə hallar müşahidə edilərsə, mətbuat orqanları şikayət edə bilər və bu zaman şikayət nəzərə alınaraq hesab ləğv edilməklə yanaşı, xəbərdarlıq da edilir. Sosial şəbəkə kimisə cəzalandırmır. Lakin məhkəmə qaydasında kiminsə sizin adınıza ziyan vurduğu müəyyən edilsə, o zaman vurulan  zərəri tələb etmək mümkündür”.

Məqalədə : Sosial şəbəkələr 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-11-2017 13:35

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru