Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

22 Avqust

2017
17:39
509
Körpələr üçün kirşan istehsal edən məşhur firmanın məhsulları xərçəng yaradırmış

63 yaşlı Yeva Eçeverria uzun müddət uşaq kirşanı istifadə etdikdən sonra yumurtalıq xərçəngi olduğunu iddia edərək qaldırdığı məhkəmə iddiasını qazanıb. 

FaktXəbər-in məlumatına görə, Los-Anceles Ali Məhkəməsi hakimləri məruz qaldığı zərərlərə qarşılıq olaraq 63 yaşlı qadına körpə kirşanı istehsalçısı "Johnson&Johnson" firmasının 417 milyon dollar ödənməsinə qərar verib. Hökmün 70 milyon dollarlıq hissəsi kompensasiya təzminat, 347 milyon dollarlıq hissəsi isə cəza təzminat olaraq tətbiq ediləcək.

Qaldırılan iddiada bildirilirdi ki, körpə kirşanı istehsalçısı "Johnson&Johnson" firması məhsullarındakı kanserogen risklə bağlı müştərilərinə kifayət qədər xəbərdarlıq etməyib.

Bu, "Johnson&Johnson" firmasına qarşı dünya miqyasında qaldırılan 4 min 800-cü oxşar iddia idi. 

Kaliforniya ştatında çıxarılan qərarın şirkət üçün böyük məğlubiyyət olduğu və qərarın presedent təşkil edə biləcəyi üçün çox daha böyük nəticələri ola biləcəyi deyilir.

Məqalədə : Johnson&Johnson 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru