Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Avqust

2017
12:54
2211
Bakıda avtoxuliqanlıq edən sürücü saxlanılıb - VİDEO

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) əməkdaşları paytaxt ərazisində polisin qanuni “saxla” əmrinə tabe olmayaraq, avtoxuliqanlıq edən və bununla da başqa hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan sürücünü saxlayıb.

DİN-in mətbuat xidmətindən FaktXəbər-ə bildirilib ki, avqustun 18-də Rəşid Behbudov küçəsində vətəndaş Əlişan Qasımovun idarə etdiyi “Daewoo” markalı 90 PX-543 dövlət qeydiyyat nişanlı avtomobilin dayandırılması barədə qərar olduğu üçün yol polisi tərəfindən sürücüyə “saxla” əmri verilib.

Ancaq sürücü əmrə tabe olmayaraq, hərəkətə davam etdiyindən yol polisi sürücünü təqib etməyə başlayıb. Təqib zamanı dəfələrlə edilən çağırışlara baxmayaraq, sürücü ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə şəkildə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik edən, yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verərək avtoxuliqanlıq edib.

Sürücünü görülən tədbir nəticəsində Xətai rayonu, Nobel prospektində digər yol polislərinin köməyi ilə süni tıxac yaradılandan sonra dayandırmaq mümkün olub.

Araşdırma zamanı Ə. Qasımovun sürücülük vəsiqəsinin etibarlılıq müddətinin 2016-cı il avqustun 10-da başa çatdığı və o vaxtdan avtomobili sürücülük hüququ olmadan idarə etdiyi məlum olub.

Xətai Rayon Məhkəməsinin qərarı ilə sürücü Ə. Qasımov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.2, 511.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən ona nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 1 ay müddətində inzibati həbs edilib.

Məqalədə : avtoxuliqan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO

22

Avqust
16:30
HÜQUQ,HADİSƏ
292

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22

Avqust
16:01
HÜQUQ,HADİSƏ
178

Bərdədə top mərmisi tapılıb - FOTO

22

Avqust
15:18
HƏRB
262

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
194

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
206

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
190

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
211
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 04:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru