Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Avqust

2017
10:25
Avtomobil piyada keçidindən istifadə etməyən şəxsi vuraraq öldürüb - VİDEO(18+)

Bakıda avtomobil yerüstü piyada keçidindən keçməyən şəxsi vuraraq öldürüb.

Hadisə aeroport yolunun Suraxanı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Ramana qəsəbəsi ərazisində yerüstü piyada keçidinin altında təxminən 40 yaşlı kişi yolu keçmək istəyən zaman onu Vüsal Hüseynovun idarəetməsində olan "Naz Lifan" markalı avtomobil vurub. 

Nəticədə şəxsiyyəti hələlik məlum olmayan şəxs hadisə yerində ölüb. Avtoqəzanın qeydə alındığı əraziyə yol patrul xidməti və polis əməkdaşları cəlb edilib. Sürücü V. Hüseynov Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə şahidlərinin "Report"a verdiyi məlumata görə, piyada yolu keçərkən tək olmayıb. Onunla birlikdə yolu başqa bir nəfər də keçirmiş. Hər iki şəxs sərxoş olub.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : yerüstü piyada keçidi 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2018 00:54



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com