Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Avqust

2017
22:44
Yeməkdən darhal sonra meyvə şirələri içməyin – SAĞLAMLIĞINIZ ÜÇÜN

İnsan sağlamlığı üçün meyvə və tərəvəz şirələrinin faydaları saysız hesabsızdır. Amma bir şərtlə, onlar düzgün qəbul edildikdə. Əks halda, şirələr düzgün qəbul edilmədikdə onların sağlamlığımıza heç bir xeyri dəymir. Hətta bəzən orqanizmə mənfi təsirləri də olur. Mövzu ilə bağlı yazını təqdim edirik.

İlk növbədə qeyd etmək lazımdır ki, meyvə və tərəvəz şirələri çəkilən kimi 10 dəqiqə ərzində içilməlidir. Təzə çəkilmiş şirə bu müddətdən artıq qalanda tərkibindəki bioloji aktiv maddələr dağılır. Yalnız çuğundur şirəsini 2-3 saat saxladıqdan sonra qəbul etmək lazımdır.

Təzə çəkilmiş meyvə və tərəvəz şirələrini yeməkdən ən azı 30-40 dəqiqə əvvəl içmək daha faydalıdır. Çünki şirə bu zaman orqanizm tərəfindən daha tez sorulur və biokimyəvi proseslər daha asan gedir.

Yeməkdən dərhal sonra şirə içmək, xüsusilə meyvə şirəsi qəbul etmək məsləhət görülmür. Qəbul edilmiş qidanın meyvə şirəsi ilə qarışması bağırsaqlarda qazların yaranmasına səbəb olur.

Şirələrin qəbulundan sonra dişləri təmizləmək, ağız boşluğunu yaxalamaq lazımdır. Çünki sirələrin tərkibində olan üzvi turşular dişlərin emalına təhlükə yarada bilər.

Çəyirdəkli meyvələrin (ərik, zoğal, gavalı, şaftalı və s.) şirəsini digər şirələrlə qarışdırmaq məsləhət görülmür.

Tumlu meyvələrin (alma, armud, üzüm və s.) şirəsini isə digər şirələrlə qarışdırmaq olar. Məsələn, alma şirəsi ilə kök, yaxud kələm şirəsini qarışdırmaq uyğundur.

Təzə çəkilmiş meyvə və tərəvəz şirələrinin faydalı olduğunu düşünüb qədərindən çox istifadə etmək yolverilməzdir.

Gün ərzində meyvə şirəsindən maksimum 3 stəkan, tərəvəz şirəsindən isə daha az istifadə edilməlidir.

Müntəzəm olaraq meyvə və tərəvəz şirələri qəbul etməklə orqanizmi sağlam, gümrah və enerjili saxlamaq mümkündür. Amma bu heç də o demək deyil ki, şirələrlə xəstəlikləri müalicə etmək olar.

Nəzərə almaq lazımdır ki, şirə dərman deyil, qida məhsuludur. Ancaq xəstəliklərin müalicəsi zamanı həkim məsləhəti ilə hər hansı bir şirəni qida rasionuna daxil etməklə müalicənin effektini artırmaq olar. (Modern.az)

Məqalədə : meyvə meyvə şirəsi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
19531

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
18132

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
19492

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
19063

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
24601

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
19051

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
19206
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-08-2020 21:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru