Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

15 Avqust

2017
16:10
677
Azərbaycan məhsullarının bir hissəsinə Rusiyaya ixrac edilməsinə icazə verilib

Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində yaradılmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq və kənd təsərrüfatı məhsullarının təchizatı üzrə İşçi Qrup tərəfindən Azərbaycanda istehsal olunan ət və süd məhsullarının Rusiyaya ixracının genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində Rusiya Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin qərarı ilə Azərbaycanın daha 6 müəssisəsi Xidmət tərəfindən aparılan reyestrə daxil edilib və həmin müəssisələrə istehsal etdikləri məhsulların maneəsiz olaraq Rusiyaya ixrac edilməsinə icazə verilib.

Beləliklə, indiyədək görülmüş tədbirlər nəticəsində sözügedən reyestrə daxil edilmiş müəssisələrin ümumi sayı 20-yə çatıb. Digər Azərbaycan müəssisələrinin də reyestrə daxil edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Məqalədə : İqtisadi əməkdaşlıq 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru