Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Avqust

2017
14:07
Məktəbəqədər təhsil haqqında dövlət standartlarının layihəsi hökumətə təqdim olunub

Azərbaycanda məktəbəqədər təhsil sahəsi üzrə yeni dövlət standartları hazırlanıb.

Təhsil Nazirliyinin  Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov bildirib ki, artıq "Məktəbəqədər təhsil haqqında" dövlət  standartlarının layihəsi təsdiq olunması üçün hökumətə təqdim olunub.

Onun sözlərinə görə,  növbəti  illərdə yeni təkmilləşmə əsasında hazırlanacaq kurikulumlar vasitəsilə həm məktəbəqədər, həm də məktəbəhazırlıq təhsilini yeniləşdirərək müasir dövrün tələblərinə uyğunlaşdırılacaq: "Məktəbəhazırlıq qruplarının tədris proqramlarında dəyişikliklər edilib və çap edilərək yerlərə göndərilib. Bu il ölkədə "Məktəbəqədər təhsil haqqında" qanun qəbul edildi. Strategiya sənədlərinə əsasən  bütün təhsil sahələrinin məzmununun təkmilləşdirilməsi, yeni tələblərə uyğun  məzmunun müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülüb və bu işlər davam etdirilir. Məktəbəqədər təhsilin, o cümlədən  məktəbəhazırlıq kurikulumunun, dövlət  standartlarının hazırlanması bu istiqamətdə atılan addımlardan biridir. Hazırda ölkə təhsilinin məzmununda yeni yanaşmalar var. Uşaqlarda daha çox düşüncə tərzinin, təfəkkürün inkişaf etdirilməsi əsas götürülür. Artıq təhsildə hafizədən, yaddaşdan təfəkkür və düşüncənin inkişafına keçilir".(APA)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
396

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
750
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 09:02





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru