Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Avqust

2017
23:12
1744
Sürücülük kursları: Belə kurslarda tədrisin keyfiyyəti necədir? - VİDEO

Son vaxtlar sürücülük kurslarının sayı artıb. Sosial şəbəkələrdə və ya müxtəlif saytlarda verilən elanlar bunu deməyə əsas verir. Bəs görəsən belə kurslarda tədrisin keyfiyyəti necədir? Biznes sahəsinə çevrilən belə kurslarda qiymətlər neçəyədir? Sürücülük kifayət qədər məsuliyyətli iş olduğu üçün əməkdaşlarımız belə kursları araşdırıb.

Bir ay kursa gedib nəzəriyəni öyrənirsən. Sonra isə sürücülük vəsiqəsini almaq üçün imtahan verirsən. İndi belə elanlara hər yerdə rast gəlmək olur.

Son vaxtlar Bakıda sürücülük kurslarının sayı artıb təlabat artıb. Belə kurslar müştəri cəlb etmək üçün müxtəlif üsullardan istifadə edirlər. Bəzisi imtahan nəticəsinin yaxşı olacağına 100 faiz təminat verir. Hətta bəziləri iddia edir ki, imtahanda düşəcək suallar məhz onların kursda öyrətdikləri suallardır.

Belə kursların qiymətləri də müxtəlifdir. Məsələn təlimçi Elza Nəsirova deyir ki, onların kursunda qiymətlər bir ay üçün 100 manat arasında dəyişir. Dərslər kursa gələnlərin vaxtından aslı olaraq gündəlik keçirilir.

Elza Nəsirova insanların 100 faizlik nəticə qazanmağının hər bir kəsin özündən aslı olduğunu bildirir. İmtahana düşən sualların kursda işlənən test üsulları ilə üst-üstə düşməsi məsələsinə gəlincə isə təlimçi bildirir ki, suallar fərqli qoyula bilər ,ancaq nəzəriyyəni bilən şəxs bunun öhdənsindən rahatlıqla gələ bilir.

Belə kurslarda sürmə təlimləri də keçirilir. Bunun qiyməti isə 10-15 manat arasında dəyişir.(Xezerxeber)

Məqalədə : sürücülük 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1045

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
61

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
88

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
308

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
341
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 18:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru