Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Avqust

2017
14:45
2352
`Qarabağ` - `Kopenhagen` matçına satılan biletlərin sayı məlum oldu

Çempionlar Liqasının "pley-off" mərhələsində keçiriləcək "Qarabağ" - "Kopenhagen" (Danimarka) matçına artıq 28 minə qədər bilet satılıb. Bunu Trend-ə "Qarabağ" futbol klubunun mətbuat katibi Nurlan İbrahimov deyib.

N.İbrahimov bildirib ki, bilet satışı bu gün və sabah da davam edəcək.

Onun sözlərinə görə, ümumilikdə 30 min bilet satışa çıxarılıb: “Əslində biletlər dünənə qədər satılıb qurtarmalıydı, ancaq biletlərin "qara bazar"a çıxarılmasının qarşısını almaq məqsədilə tam satılmadı, bu gün və sabah üçün də saxlanıldı. Biletləri yalnız kassalardan almaq mümkündür və bir nəfər ən çoxu 3 bilet ala bilər”.

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" matçı avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Məqalədə : Qarabağ 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
121

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
256

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
2347
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 09:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru