Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

14 Avqust

2017
14:41
335
Azərbaycanda bank ombudsmanı işə başlayır

Azərbaycan Banklar Assosiasiyasının nəzdində yaradılmış Bank Ombudsmanı institutu gələn aydan fəaliyyətə başlayacaq.

Bu barədə  ABA-dan məlumat verilib.

“Bank ombudsmanının müraciətləri qəbul etməsi üçün www.bankombudsman.az ünvanında fəaliyyət göstərəcək ayrıca internet səhifəsi yaradılıb. Hazırda saytın fəaliyyətə başlaması üçün aparılan texniki işlər yekunlaşmaq üzrədir. Müraciətlər həm bu elektron səhifə üzərindən, həm məktubla, həm də ofisdə qəbul ediləcək”, - deyə ABA-dan bildirilib.

Xatırladaq ki, ABA-nın Rəyasət Heyətinin bu il aprelin 14-də keçirilmiş iclasında Bank Ombudsmanının reqlamentinə əlavə və dəyişikliklər təsdiq edilib, bu vəzifəyə İkram Heydər oğlu Kərimov təyin edilib.

Qeyd edək ki, Bank Ombudsmanın yaradılmasında məqsəd müştərilərin banklara etimadının gücləndirilməsi və tərəflər arasında yaranan mübahisələrin məhkəməsiz həll edilməsidir. Maliyyə ombudsmanının 2 min ABŞ dollarına qədər olan mübahisələrə baxması nəzərdə tutulub. Bununla belə, yalnız o banklardan ombudsmana şikayət etmək mümkün olacaq ki, onlar “Bankların müştəriləri - fiziki şəxslərlə əlaqədar mübahisələrin baxılmaq üçün Bank Ombudsmanına verilməsi haqqında Bəyannamə”ni imzalamış olsun.

Məqalədə : Bank ombursmanı 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru