Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Avqust

2017
11:50
DYP istirahətə gələn sürücülər cərimələdi - VİDEO

Qax rayonunda Dövlət Yol Polisi (DYP) əməkdaşları reyd keçiriblər. Rayonun turizm bölgəsində təşkil olunan reyd Baş Dövlət Yol Polisi alayının 5-ci tağımı və Qax rayon Yol Patrul Xidmətinin (YPX) əməkdaşlları tərəfində keçirilib.

Rayonun turizm bölgəsi olan İlisu kəndi ərazisində keçirilən reyd zamanı 100-dən çox avtomobil saxlanılıb. Reyd zamanı yol hərəkəti qaydalarını pozan 35 sürücüyə qarşı protokollar tərtib edilib və onlar cərimələniblər. Həmin sürücülər arasında həm İlisu kəndində istirahətə gələn qonaqlar, həm də yerli sakinlər olub.

Reydin keçirilməsində əsas məqsəd yollarda baş verən qəzaların, yüksək sürət həddini aşan sürücülərin, kobud qayda pozan və qanunsuz avtomobil idarə edənlərin qarşısını almaqdan ibarət olub. Reyd zamanı avtomobildə artıq sərnişin daşıyan sürücülər də cərimələniblər.(Report)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : DYP reyd 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2018 13:08



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com