Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Avqust

2017
11:23
Bu polis işçisini dünya `Azərbaycanın üzü` seçdi - FOTO

Dünyanın nəhəng internet-portallarından olan MSN (Microsoft Network) əcnəbilərin ən rahat şəkildə viza ala biləcəkləri 5 ölkənin siyahısını dərc edib. Azərbaycan reytinqdə birinci yeri tutub.
 
MSN ölkəmiz haqqında məlumatı "gülərüz polis əməkdaşı"nın fotoşəkli ilə müşayiət edib.


 
Bildirilir ki, bu yaxınlara qədər Azərbaycan viza almaq üçün ən çətin ölkələrin siyahısına daxil idi. "Ölkəni ziyarət etmək üçün viza alınması uzun və əzablı proses idi və uğura heç bir zəmanət yox idi. Lakin hakimiyyət (Azərbaycan hakimiyyəti - red.) elektron viza tətbiq etməklə təəccübləndirdi", - məqalənin müəllifləri yazır.
 
Onların sözlərinə görə, bütün proses "online" rejimdə baş verir və viza 2-4 gün ərzində təqdim olunur. Bu gün viza üçün rüsum təxminən 20 dollara başa gəlir.
 
Reytinqdə sonrakı yerləri Kamboca, Şri-Lanka, Tacikistan və Vyetnam tutub. Bu ölkələrdə də elektron viza sisteminin tətbiq edildiyi qeyd olunur.

Məqalədə : MSN viza 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4931

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3348

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2672

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2223
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2020 10:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru