Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Avqust

2017
10:00
DİM: Tələbə adı qazanan şəxslər avqustun 25-dək qeydiyyatdan keçməlidirlər

Dövlət İmtahan Mərkəzinin (DİM) açıqladığı nəticələrə əsasən, tələbə adı qazanan şəxslər avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. 

Bu barədə FaktXəbər-əDİM-in mətbuat xidmətindən məlumat verilib. 

Mərkəzdən bildirilib ki, müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Qeyd edək ki, DİM 2017/2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib. Abituriyentlər müsabiqənin nəticələrini DİM-in internet səhifəsindən və ya bütün mobil operatorlardan iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin siyahısı avqustun 12-də (günün ikinci yarısında) «Abituriyent» jurnalının 7-ci sayında dərc olunacaq.

Ali təhsil müəssisələrinin müsabiqəsində 42804 abituriyent iştirak edib. Onlardan 36381 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11728 nəfər dövlət sifarişi əsasında, 24653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.

Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub. Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 və ya Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən almaq olar. Jurnalı həmçinin  www.abiturient.az saytından sifariş etmək mümkündür.

Məqalədə : DİM 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dərsliklər təhvil verilmə vaxtı məlum oldu

02

İyun
17:31
ELM / TƏHSİL
250

İyunun 3-də dolların manata qarşı məzənnəsi

02

İyun
17:23
İQTİSADİYYAT
197

DİN metrodakı hadisə ilə bağlı açıqlama verdi

02

İyun
16:58
HÜQUQ,HADİSƏ
278

Masallının prokuroru işdən çıxarıldı

02

İyun
16:18
HÜQUQ,HADİSƏ
292

Salyanda avtomobil yolu yenidən qurulur

02

İyun
14:45
NƏQLİYYAT
252

Taliban lideri koronovirusdan ölüb

02

İyun
13:13
DÜNYA
533
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 04:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru