Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

11 Avqust

2017
15:26
271
ASAN-da böyük növbə yaranıb - VİDEO

“28 May” Metrostansiyasının yaxınlığında yerləşən 2 saylı ASAN Kommunalda böyük növbə yaranıb. 

Bu barədə “Qafqazinfo”ya sözügedən növbədə olanlar şikayət edib. Onlar bildiriblər ki, hazırda xidmətə müraciət edənlər çox olsa da, cəmi 2-3 nəfər xidmət göstərir ki bu da nəticədə böyük növbə yaradıb:

“Hamı narazılıq edir, ancaq ASAN Komunal əməkdaşları məhəl qoymurlar. İnsanların üstünə qışqırırlar, polislə hədələyirlər.

Bu sıxlığa baxmayaraq, operatorlar saat 12:30-dan nahar fasiləsindədir. 14:40-dir, hələ də baxan yoxdur”. 

Gözləyən vətəndaşlar dünəndən gəldiklərini, ancaq növbəyə düşə bilmədiklərini deyiblər. 

Onların sözlərinə görə, operatorlar problemin “Azəriqaz”QSC-lə bağlı olduğunu deyib. Kütləvi şəkildə sayğaclar blok olduğuna görə, son 2-3 gündə tıxac yaranıb.

Məqalədə : ASAN Kommuna 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru