Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

11 Avqust

2017
14:46
220
Deputatdan abituriyentlərə ÇAĞIRIŞ

“Azərbaycanda təhsili keyfiyyəti ilə bağlı irəliləyiş var. Eyni zamanda keyfiyyət göstəricilərin yaxşılaşdırılması istiqamətində çox böyük işlər görülür. Məhz buna görə də ötən illərlə müqayisədə 700 bal toplayan abituriyentlərin sayı artıb. Bu il onların sayı 15-ə çatıb”.
 
  Bunu deputat Tahir Mirkişili Modern.az-a açıqlamasında deyib.
 
 Deputat hesab edir ki, Azərbaycanda mühəndislərə və yaradıcı insanlara çox böyük ehtiyac var.
 
 "Mən humanitar ixtisasları seçən insanların seçiminin doğru olub-olmadığını demək istəməzdim. Təbii ki, hər bir fənnin və ixtisasın öz rolu var.
 
  Azərbaycan iqtisadiyyatının bugünkü inkişafı fonunda kifayət qədər əlavə dəyər yarada bilən ixtisaslara böyük ehtiyac var. Dünyada bizim öyrəşdiyimiz ixtisaslar sürətlə böyüməyə başlayır. Ona görə də, bu gün bizim öyrəşdiyimiz ixtisaslar ola bilər ki, gələcəkdə olmasın. Ona görə də, abituriyentlər seçdikləri ixtisası çox dəqiq, düzgün analiz etməlidir.
 
T.Mirkişilinin sözlərinə görə, elə ixtisaslar var ki, gələcəkdə onlara ehtiyac daha da artacaq və ya azalacaq.
 
“Verilən təhlillərə görə, yaxın 10 il ərzində təkcə Amerika Birləşmiş Ştatlarında (ABŞ) 200 minə qədər biomühəndislik ixtisası artacaq . Təxmini hesablamalara görə, təkcə Avropa Birliyində 380 minə yaxın böyük dataların analizi ilə bağlı ixtisaslara və bununla bağlı mütəxəssislərə ehtiyac olacaq.
 
Amma eyni zamanda maliyyə, mühasiblik və sair ixtisaslar getdikcə sürətlə azalacaq. Çünki bu ixtisaslar öz yerini getdikcə, robotlara, süni intelektlərə, kompüter texnologiyalarına verəcək”.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru