Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

11 Avqust

2017
13:02
915
FHN Mingəçevir su anbarında batmaq təhlükəsi ilə üzləşən 5 gənci xilas edib

Mingəçevir şəhərindəki su anbarında batmaq təhlükəsi ilə üzləşən şəxslər xilas edilib. Bu gün saat 12:00 radələrində Mingəçevir şəhər sakinləri, 2000-ci il təvəllüdlü gənclər - Heydərov Elgün İlqar oğlu, Əliyev Elgün Veysəl oğlu, Məmmədli Rüstəm Nazim oğlu, Rüstəmov Rəhman Azər oğlu və 1999-cu il təvəllüdlü Əliyev Niyazi Asim oğlu Mingəçevir su anbarının sahilindəki çimərlikdən kirayə götürdükləri qayıqla gəzintiyə çıxıblar.

Gənclər sahildən 5 kilometr aralı məsafəyədək hərəkət ediblər və sonra geri qayıda bilməyiblər. Onlar spirtli içki qəbul etdikləri üçün qayığı idarə edə bilməyiblər və qayıq çevrildiyi üçün gənclər suda batmaq təhlükəsi ilə üzləşiblər. Dərhal əraziyə FHN-nin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Mingəçevir şəhərindəki Aran dalğıc-axtarış qrupunun xilasediciləri cəlb olunub. Gənclər xilas edilərək sahilə çıxarılıb və aidiyyati üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2017 06:39

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru