Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

11 Avqust

2017
11:09
806
Rusiyada `metallom`da S-200 raketi partlayıb - VİDEO

FaktXəbər-in "RT"-yə istinadən verdiyi məlumata görə, Rusiyada həm kuryoz, həm də faciəvi hadisələrdən biri qeydə alınıb. Belə ki, Çitadakı metal qəbulu bazasına "Anqar" tipli S-200 raketi əridilmək üçün metal kimi təqdim olunub. 

Raketi metal zənn edərək onu əridərkən isə dəhşətli partlayış baş verib. Hadisə zamanı 2 nəfər həlak olub, biri isə yaralanıb. Ətrafda yerləşən bir çox evə və avtomobilə ziyan dəyib. 

Əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları partlaylışın S-200 raketinin partlaması nəticəsində baş verdiyini müəyyən edib. Bundan sonra metal qəbulu bazasında axtarışlar zamanı daha bir raket tapılıb. 

Məqalədə : S-200 raketləri 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru