Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

11 Avqust

2017
11:03
436
Güzəştli ipoteka krediti verməyə razılaşan bankların sayı 3 oldu

“Güzəştli mənzil” sistemində qeydiyyata alınaraq şəxsi elektron kabinetə sahib olmuş vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri “Azərbaycan İpoteka Fondu” ASC-nin müvəkkil bankları sırasına daxil olan və Agentliyin tabeliyində fəaliyyət göstərən “MİDA” MMC ilə müvafiq əməkdaşlıq müqaviləsi imzalayan kredit təşkilatları vasitəsilə əldə edə biləcəklər.

Qurumdan verilən məlumata görə, “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalamış növbəti kredit təşkilatı “Unibank” ASC oldu. 25 il öncə fəaliyyətə başlamış “Unibank” bu gün 950 minə yaxın korporativ və fərdi müştəriyə xidmət göstərir, paytaxt və bölgələrdə yerləşən 32 filial şəbəkəsinə malikdir və maliyyə göstəricilərinə görə ölkənin ən uğurlu banklarından biridir.

Xatırladaq ki, “Unibank” vətəndaşlara “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına güzəştli ipoteka kreditinin verilməsi ilə bağlı “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalamış 3-cü bankdır. Daha öncə analoji müqavilələr “Kapital Bank” və “Bank BTB” ilə bağlanmışdır.

Qeyd edək ki, bundan əvvəl MİDA ilə “Kapital Bank” ASC və “Bank BTB” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Məqalədə : İpoteka 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru