Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

11 Avqust

2017
09:01
1081
Ali məktəbələrə ixtisas seçimi başa çatdı - Tələbələrin adları 3 gün ərzində açıqlanacaq

Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi gecə başa çatıb.

2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə I –IV qruplar üzrə müsabiqəyə buraxılmış abituriyentlərin ixtisas seçimi iyulun 29-da başlayıb avqustun 10-da an saat 23:59-da yekunlaşıb.

Xatırladaq ki, I qrupda 13805 qəbul yeri üçün 12086 nəfər abituriyent müsabiqəyə buraxılıb.

II qrupda 12924 yer uğrunda 10439 nəfər abituriyent mübarizə aparır.

III qrupda 9769 yer var, müsabiqəyə 10181 nəfər abituriyent buraxılıb.

IV qrupda 3220 qəbul yerinə 3084 nəfər abituriyent düşməyə çalışacaq.

Bəs ali məktəblərə yerləşdirmənin nəticələri nə vaxt açıqlanacaq?

Dövlət İmtahan Mərkəzindən bildirilib ki,  nəticələr yaxın 3 gün ərzində elan olunacaq.

Məqalədə : magistratura 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 16:06

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru