Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

10 Avqust

2017
15:59
289
Rusiyada azərbaycanlı iş adamının dükanına od vurulub, sahibkar faciəvi şəkildə ölüb

Rusiyanın Tümen vilayətindəki Neftyuqansk şəhərində azərbaycanlı iş adamı, 1964-cü il təvəllüdlü İlyasov Fəzail Eldar oğlu vəhşicəsinə qətlə yetirilib. 

Bu haqda “Basta”ya mərhumun qohumları məlumat verib. O, bildirib ki, Fəzail İlyasov iki gün əvvəl naməlum şəxslər tərəfindən oğurlanıb.

“Rusiya polisi iki gün idi, itkin düşmüş şəxs kimi, onu axtarırdı. Bu gün səhər isə onun dükanı yandırılıb. Hadisə yerinə gələnlər onun öz dükanında yandırıldığını görüblər”, 

Mərhumun cənazəsi Rusiyada ekspertizadan keçirildikdən sonra Azərbaycana, Siyəzən şəhərinə gətirələcək.

Xatırladaq ki, 2016-cı ilin dekabr ayında Moskva şəhərində iki azərbaycanlı – ata və oğul da yandırılmışdı.

Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru