Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

10 Avqust

2017
14:50
187
Aprel döyüşlərinə həsr edilən sənədli film çəkilir

Media İnkişaf Mərkəzi İctimai Birliyi yeni layihənin icrasına başlayıb. Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə “Aprel döyüşlərinin qəhrəmanlarının gənclər arasında təbliği ilə bağlı tədbirlərin təşkili” adlanır.

Layihənin məqsədi 2016-cı il aprel döyüşlərində iştirak etmiş, şəhid olmuş və ya yaralanmış, habelə sağ qalmış şəxslərin şücaətindən, ümumiyyətlə, şəhidlik hadisəsinin mahiyyətindən bəhs edən 30 dəqiqəlik “Aprel qəhrəmanları: bir andan əbədiyyətə qədər” adlı sənədli film hazırlamaqdır.

MİM İB hesab edir ki, Aprel döyüşlərində əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıqların geniş şəkildə təbliğ olunması və gənc nəslə çatdırılması həm cəsur hərbçilərimizin hərəkətlərini nümunə göstərmək, həm də insanlarımızı qarşıdakı şərəfli qələbəyə hazırlamaq üçün vacib addımdır.

Məqalədə : Aprel döyüşləri 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  faktxeber@gmail.com


Valyuta.com


Рейтинг@Mail.ru