Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

10 Avqust

2017
13:43
499
`Təfəkkür Universiteti bağlanmayıb` - Ali məktəb açıqlama yaydı

Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti bu ali məktəbin bağlandığı barədə mediada yayılan informasiyaları təkzib edib.

Universitetdən verilən amıqlamada deyilir:

                                 

“Nəzərinizə çatdırırıq ki, 07.08.2017-ci il tarixində tələbələrin bir ali məktəbdən digərinə köçürülmələri ilə bağlı Təhsil Nazirliyində keçirilən tədbir barədə məlumat verən bəzi KİV-lər universitetimizin ünvanına güya bağlanmış və ya keçən ilin oktyabırından fəaliyyəti dayandırılmış kimi yalnış, heç bir hüquqi əsası olmayan ifadələr işlədiblər. 

Əfsuslar olsun ki, bu informansiya 08.08.2017-ci il tarixində bəzi mətbu orqanlarda dərc olunub. Bu da öz növbəsində universitetdə təhsil alan tələbələrdə, onların valideynlərində və eləcə də kollektivdə narazılığa səbəb olub. Məsələni araşdırmadan, universitetdən məlumat almadan, belə əsassız informasiyaların verilməsi bizdə təəssüf və təəcüb doğurur.

Əvvəla “Təfəkkür” Universiteti bağlanmayıb və bu barədə universitetin Təsisçilər Şurası heç bir qərar verməyib. Universitetin fəaliyyətinə “Təhsil haqqında” Qanuna uyğun olaraq hüquqi təminat verən Təhsil Nazirliyi tərəfindən verilmiş lisenziyanın müddəti 2020-ci ilədək etibarlıdır və hazırda da qüvvədədir.

Məlumat üçün sizə bildiririk ki, “Təfəkkür” universitetində dərslər və imtahan sessiyası qrafikə uyğun olaraq 5.07.2017-ci il tarixinə kimi davam etmiş, buraxılış dövlət imtahanları isə 20.07.2017-ci ildə başa çatmışdır. Sizcə keçən ildən fəaliyyəti dayandırılmış təhsil müəssisəsi qeyd olunan bu məsələləri necə həyata keçirə bilərdi?

Hesab edirik ki, qanunun aliliyi hamı üçün mütləqdir və hamımız buna əməl etməliyik. Gələcəkdə belə məlumatları yayarkən “Kütləvi  İnformasiya Vasitələri haqqında” Qanuna uyğun olaraq məsələni hərtərəfli aydınlaşdırıb, obyektiv məlumat verməyinizi xahiş edirik”. (modern.az)

Məqalədə : Təfəkkür Universiteti 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru