Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

09 Avqust

2017
14:40
542
Vəkil Yalçın İmanov AİP lideri Mövsüm Səmədovla görüşüb

Vəkil Yalçın İmanov Qobustan Qapalı Tipli Təcridxanada AİP lideri Mövsüm Səmədovla görüşüb.

FaktXəbər-in məlumatına görə, bu barədə “İslaminsesi”-nə Yalçın İmanovun özü məlumat verib. Yalçın İmanov müvəkkilinin səhhətinin və əhval ruhiyyəsinin normal olduğunu söyləyib. Vəkilin sözlərinə görə AİP lideri Mövsüm Səmədov Qobustan Təcridxanasında Müsəlman Birliyinin Hərəkatının üzvü Abbas Hüseynə qarşı baş verən işgəncə hallarını pisləyib. Müvəkkilinin “karantin” müddətinin bitdiyini və artıq korpusa köçürüldüyünü söyləyən Yalçın İmanov, Mövsüm Səmədovun hər kəsə salam söylədiyini bildirib. 

Xatırladaq ki, M. Səmədov 2011-ci ilin yanvar ayında partiyanın baş məclisində hakimiyyət əleyhinə sərt çıxış etdikdən sonra həbs olunub. O, bir neçə ağır cinayət maddələri ilə ittiham edilərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda Qobustan Qapalı Tipli Təcridxanada saxlanılır.

Məqalədə : Mövsüm Səmədov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru