Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Avqust

2017
12:44
1831
Azərbaycanda təkrar Həcc ziyarətinə gedəcək 70 nəfər əlavə pul odəyəcək

Bu il Azərbaycandan Həcc ziyarətinə təkrar gedənlər 535 dollar əlavə vəsait ödəyəcəklər. 

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, Səudiyyə Ərəbistanı hökümətinin qərarı ilə 2014, 2015 və 2016-cı illərdə Həcc ziyarətində olanlar və bu il təkrar getmək istəyənlər 535 dollar vergi ödəməlidirlər.

Bu vergini Səudiyə Ərəbistanı hökuməti tələb edir.

QMİ-dən bildirilib ki, bu il təkrar Həcc ziyarətinə getmək istəyənlərin sayı hələ ki, 70 nəfərdir. Onların sayının artacağı da istisna edilmir.

Bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedəcək. Ziyarət məbləği 3850 dollar müəyyənləşdirilib.

Qeyd edək ki, bu il zəvvarların Həcc ziyarətinə ilk qafiləsi avqustun 24-də yola düşəcək.

Məqalədə : Həcc ziyarəti 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2018 14:42

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status