Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

09 Avqust

2017
11:03
917
Sabah ali məktəblərə ixtisas seçimi başa çatır

Sabah 2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə bütün ixtisas qrupları (I –IV) üzrə ixtisas seçimi başa çatır.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki,  iyulun 29-dan başlayan ixtisas seçimi avqustun 10-u saat 23:29-da başa çatacaq. Bu gün saat 10:30-dək bakalavriat səviyyəsi üzrə ali məktəblərə 38958 abituriyent elektron ixtisas seçimi edib. Onlardan 35383-ü Azərbaycan, 3575-i isə Rus bölməsinin məzunlarıdır. 

İxtisas seçimi edən 38958 abituriyentin 13697 nəfəri 1-ci, 11958 nəfəri 2-ci, 10441 nəfəri 3-cü, 2862 nəfəri isə 4-cü ixtisas qrupu üzrə sənəd verib. 

Avqustun 5-dən isə 2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə ixtisas seçimi başlayıb. Avqustun 10-dək internet vasitəsilə aparılacaq ixtisas seçimində ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər iştirak edir.

Bu gün saat 10:30-dək V ixtisas qrupu üzrə 1411 abituriyent ixtisas seçimi edib. Onlardan  1215-i Azərbaycan, 196-sı rus bölməsinin məzunudur.  (apa)

Məqalədə : ixtisas seçimi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2017 10:41

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru