Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

08 Avqust

2017
20:43
259
DİM: Kolleclərə qəbul planı 86.01 % yerinə yetirilib

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqədə 12 045 abituriyent iştirak edib. FaktXəbər-in Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən verdiyi xəbərə görə, 2017/2018-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrində ayrılmış plan yerləri isə 10467 olub.

 

Müsabiqədə iştirak edənlərin 9003 nəfəri, o cümlədən 4115 nəfəri dövlət ödənişsiz, 4239 nəfəri dövlət ödənişli, 649 nəfəri isə özəl təhsil müəssisəsinə ödənişli təhsil forması üzrə qəbul olub. Beləliklə, qəbul planı ümumilikdə 86.01 % yerinə yetirilib.

 

Vakant yerlərin ümumi sayı 1464-dür (13.99 %). Müsabiqənin nəticələrinə əsasən dövlət təhsil müəssisələrinin 824, özəl təhsil müəssisələrinin isə 476 ödənişli yeri boş qalıb. Ödənişsiz vakant yerlərin sayı isə 164-dür. Vakant  yerlərin 887-si xüsusi qabiliyyət tələb etməyən, 577-si isə xüsusi qabiliyyət tələb edən ixtisaslardır.

 

Qeyd olunub ki, boş qalan ödənişsiz yerlər əsasən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrədir. Yalnız Qazax Dövlət Sosial-İqtisadi Kolleci, Şamaxı Dövlət Regional Kolleci, Ağcabədi Pedaqoji Kolleci, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində xüsusi qabiliyyət tələb etməyən müəyyən ixtisaslar üzrə az sayda ödənişsiz  boş yerlər qalmışdır (boş yerlər “Abituriyent” jurnalının xüsusi buraxılışında çap olunacaq).

 

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili  müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında məlumat

Təhsil forması

Qəbul planı

Qəbul olunub

Qəbulolma

faizi

Vakant

yerlərin sayı (faizi)

Azərbaycan bölməsi

Rus 
bölməsi

Bölmələr üzrə cəmi

Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar

8436

7256

293

7549

89.49

887(10.51)

Xüsusi qabiliyyət tələb edən ixtisaslar

2031

1397

57

1454

71.59

577(28.41)

Cəmi

10467

8653

350

9003

86.01

1464(13.99)

Təhsil forması

Qəbul planı

Qəbul olunub

Qəbulolma

faizi

Vakant

yerlərin sayı (faizi)

Azərbaycan bölməsi

Rus 
bölməsi

Bölmələr üzrə cəmi

Dövlət ödənişsiz

4279

3924

191

4115

96.17

164(3.83)

Dövlət ödənişli

5063

4098

141

4239

83.73

824(16.27)

Özəl

1125

631

18

649

57.69

476(42.31)

Cəmi

10467

8653

350

9003

86.01

1464(13.99)

Cari ildə 44 orta ixtisas təhsili müəssisəsinə tələbə qəbulu aparılıb. Onların 15-də plan yerləri 100% dolub. Plan yerlərinin dolma göstəricilərinə görə nisbətən aşağı nəticələr özəl və ya bölgələrdə yerləşən təhsil müəssisələrində qeydə alınıb.

Qeyd edək ki, orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar 2017-ci il avqustun 9-dan 21-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcəkdir. Orta ixtisas təhsili müəssisələri üzrə boş qalan plan yerləri “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq və 23-30 avqust tarixlərində boş qalan yerlərə ixtisas seçimi aparılacaq. 

Xatırladaq ki, DİM avqustun 7-də ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələrini elan edib.

Məqalədə : DİM kollec imtahan 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru