Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

08 Avqust

2017
11:42
420
Erməni generalın ordumuzun əməliyyatlarından bəhs edən məktubu - MƏTN

Erməni ordusunda son dövrlər hərbi xidmətdən yayınma, postu özbaşına qoyub aradan çıxma halları kütləvi hala çevrilib. 

Düşmən tərəf əvvəlcə bu halların üstünü ört-basdır etmək istəsələr də, artıq vəziyyət nəzarətdən çıxmaq üzrədir. Heç də təsadüfi deyil ki, qondarma respublikanın müdafiə ordusunun komandanı Levon Mnatsakanyan qondarma respublikanın qondarma baş prokuroruna məktub yazıb. 

Əldə etdiyimiz məktubun ana dilimizə tərcüməsini oxucularımıza çatdırırıq:

"Dağlıq Qarabağ Respublikasının baş prokuroru Artur Mosiyana

İyul ayının əvvəlində Azərbaycanın Silahlı Qüvvələrinin Fizuli istiqamətində yerləşən Alıxanlı kəndində yerləşən hərbi hissədən həyata keçirdikləri raket atəşlərindən sonra, Dağlıq Qarabağ Respublikasının Müdafiə ordusunun bir qrup hərbi qulluqçusu panikaya düşərək öz döyüş postlarını tərk edərək qaçıblar.

Təəssüflə qeyd etmək lazımdır ki, qarşı tərəfin əməliyyatlarından sonra yaranan panika əhval-ruhiyyəsindən sonra, eyni hərbi hissənin müddətli  xidmət edən bir qrup hərbçisi Qarabağ Respublikasının (!) ərazisini özbaşına tərk etməyə cəhd ediblər. Lakin onlara Kəlbəcər polis postundan keçmək nəsib olmayıb. 

Xoşbəxtlikdən eyni gün postları özbaşına tərk edən əsgərlər Qarabağ-Ermənistan yolunda bir qrup zabit tərəfindən saxlanılaraq həbs ediliblər. Həbs edilənlər daha sonra komandirlərin nəzarəti altına alınıblar. Sorğu-sual zamanı postdan qaçan əsgərlər suallara cavab verməkdən imtina ediblər.

Lakin sadəcə bu hərbçilərin gözlərinə baxmaqla aydın olurdu ki, bir illik xidmətdə olan əsgərlərin panikaya düşmək səbəbi  düşmənin artilleriya atəşindən irəli gələn qorxudur. 

Cənab Mosiyan, həmin addımı atan əsgərlər öz silahdaşlarını təhlükə altına qoyaraq hərbi davranış qaydalarını, nizam və intizamı pozublar.

Eyni zamanda xahiş edirik ki, həmin əsgərlərin əmələrini və məsuliyyətsizliyini nəzərə alaraq  qanuna müvaffiq layiqli cəza tətbiq edilsin".

Məktubdan da göründüyü kimi, qondarma rejim artıq öz silahlı qüvvələrinə nəzarəti itirib, işğalçı dövlət əsgər və zabit heyətinə nəzarət etməkdə çətinlik çəkir. (olke.az)

Məqalədə : Düşmən ordusu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru