Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

08 Avqust

2017
08:57
984
Güləş Federasiyasından Rəsul Çunayevlə bağlı açıqlama

"Güləş Federasiyasının Rəsul Çunayevlə, eləcə də digər güləşçilərlə heç bir problemi yoxdur. Hazırda hər şey qaydasındadır"

Bunu federasiyanın mətbuat xidmətinin rəhbəri Mayis Musayev deyib.

Onun sözlərinə görə, yığma komandanın sərbəst və yunan-Roma güləşi üzrə idmançıları hazırda dünya çempionatına hazırlıqla bağlı təlim- məşq toplanışındadırlar.

"Güləşçilərimiz məşqlərdə iştirak edirlər. Ayın 18-dən sonra dünya çempionatına yola düşəcəklər. Hazırda hər şey qaydasındadır. İdmançılarla heç problemimiz yoxdur".

Mətbuat katibi güləşçi Rəsul Çunayevin dünya çempionatında iştirak edib-etməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib. 

"Heyət hələ tam müəyyənləşməyib. Ona görə dəqiq məlumat verə bilmərəm. Böyük ehtimalla Çunayev dünya çempionatında iştirak edəcək. Hazırda o, təlim-məşq toplanışında iştirak edir". 

Rəsul Çunayevin şəxsi məşçisi İsmayıl Çopsiyev açıqlamasında tələbəsi ilə federasiya arasında münasibətlərin qaydasında olduğunu deyib.

"Çunayevlə Güləş Federasiyanın münasibəti qaydasındadır. Rəsul dünya çempionatına hazırlaşır. Hər gün məşqlərdə olur. Buna görə də başı qarışıqdır".

Qeyd edək ki, bir neçə gün əvvəl başda Rəsul Çunayev olmaqla Azərbaycanın tanınmış güləşçiləri Güləş Federasiyasının idmançılara qarşı biganəliyinə etiraz etmişdilər.(asvision)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2017 12:19

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru