Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

07 Avqust

2017
15:23
215
Vergilər Nazirliyi müğənnilərə xəbərdarlıq edib

“Təqdim etdiyiniz bəyannamələrdə gəlirləriniz barədə müvafiq məlumatları düzgün əks etdirmədiyiniz halda, Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən əlaqəli məlumatlardan istifadə edilməklə müəyyənləşdirilmiş faktiki gəlir məbləğləri təqdim olunmuş bəyannamələrin göstəriciləri ilə üzləşdiriləcək və vergidən yayındırılmış məbləğlər kameral hesablama aparılmaqla şəxsi vərəqənizə bərpa olunacaq”. 

Bu barədə Vergilər Nazirliyinin müğənnilərə etdiyi xəbərdarlıqda deyilir.

Nazirliik bəyan edib ki, Vergi Məcəlləsinin 16-cı maddəsinə əsasən qanunla müəyyən edilmiş vergilərin ödənilməsi, gəlir və xərclərin uçotunun aparılması, vergi hesabatlarının təqdim edilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilib. Eyni zamanda, vergi öhdəliklərini tam həcmdə və vaxtında yerinə yetirməyən, o cümlədən vergini hesabatda göstərilməli məbləğə nisbətən azaldan və büdcəyə çatası vergi məbləğini hesabat təqdim etməməklə vergidən yayınan şəxslərə qarşı qanunvericiliklə müəyyən edilmiş maliyyə sanksiyaları və digər məsuliyyət tədbirləri tətbiq edilir.

Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, vergi borclarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün vergi orqanı məhkəməyə müraciət etmək hüququna malikdir. Digər tərəfdən, Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən isə xeyli və ya külli miqdarda vergiləri ödəməkdən yayınma cinayət əməli hesab olunur.

“Odur ki, fəaliyyətinizlə bağlı risklərin yaranmaması, hər hansı maliyyə itkilərinə məruz qalmamağınız üçün mövcud qanunvericiliyin tələblərinə əməl etməklə vergi öhdəliklərinizi vaxtında və tam şəkildə yerinə yetirməyiniz Sizə tövsiyə olunur", - deyə nazirlik bəyan edib. 

Məqalədə : Vergilər nazirliyi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru