Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

07 Avqust

2017
12:32
515
Ali məktəblərə qəbul olmaq üçün 32 mindən çox abituriyent ixtisas seçimi edib

2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə bütün ixtisas qrupları (I –IV) üzrə ixtisas seçimi davam edir. Dövlət İmtahan Mərkəzindən bildirilib ki,  iyulun 29-dan başlayan ixtisas seçimi avqustun 10-da başa çatacaq.

Bu gün saat 12:00-dək bakalavriat səviyyəsi üzrə ali məktəblərə 32721 abituriyent elektron ixtisas seçimi edib. Onlardan 29750-si Azərbaycan, 2971-i isə Rus bölməsinin məzunlarıdır. 

İxtisas seçimi edən 32721 abituriyentin  11144-ü I, 9904-ü II, 9097-si III, 2576-sı isə IV ixtisas qrupu üzrə sənəd verib. 

Avqustun 5-dən isə 2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə ixtisas seçimi başlayıb. avqustun 10-dək internet vasitəsilə aparılacaq ixtisas seçimində ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər iştirak edir. Bu gün saat 12: 00-dək V ixtisas qrupu üzrə 752 abituriyent ixtisas seçimi edib. Onlardan  667-si Azərbaycan, 85-i Rus bölməsinin məzunudur.  

Məqalədə : Ali məktəblər 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru