Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

05 Avqust

2017
22:13
905
Əsgərlər Vətənə sədaqət andı içiblər

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev DTX-nin hərbi hissəsində gənc əsgərlərin Vətənə sədaqət andı içmələrinə həsr olunan təntənəli mərasimdə iştirak edib. Tədbirdə DTX-nin rəhbər işçiləri, təhlükəsizlik orqanlarının veteranları və əsgər valideynləri də iştirak ediblər. Modern.az xəbər verir ki, əvvəlcə general-leytenant Mədət Quliyev və mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək abidəsi önünə əklil qoyublar.

Döyüş bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib. Ulu öndər Heydər Əliyevin və Vətən uğrunda mübarizədə canlarından keçmiş qəhrəman övladlarımızın unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Dövlət himni səsləndirilib.

Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.

Hərbi hissənin şəxsi heyətini andiçmə münasibətilə Prezident, Ali Baş Komandan İlham Əliyevin adından təbrik edən general-leytenant Mədət Quliyev zabit və əsgərlərə Vətəni müdafiə etmək kimi şərəfli və məsuliyyətli xidmətlərində uğurlar diləyib.

Mədət Quliyev qeyd edib ki, dünyada, eləcə də regionda baş verən hadisələrə baxmayaraq, Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan Respublikası uğurla inkişaf edir, sosial-iqtisadi məsələlər öz həllini tapır, xalq-iqtidar birliyi daha da güclənir. Azərbaycan dünyada və bölgədə sabitlik məkanı kimi tanınır. Xalqımız əmin-amanlıq şəraitində yaşayır, əhalinin rifahı yüksəlir.

Qarşıda ölkəmizin ərazi bütövlüyünün bərpası kimi ən mühüm vəzifənin durduğunu qeyd edən general-leytenant Mədət Quliyev bu məsələdə hər bir Azərbaycan vətəndaşının, o cümlədən Azərbaycan əsgərinin üzərinə düşən vəzifələri yüksək səviyyədə icra etməyə borclu olduğunu diqqətə çatdırıb.

Sonra DTX-nin hərbi qulluqçuları və gənc əsgərlər hərbi marşın sədaları altında təntənəli surətdə tribuna önündən keçiblər.

Andiçmə mərasimi başa çatdıqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev əsgər valideynləri ilə görüşüb.

Məqalədə : əsgər DTX Mədət Quliyev 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru