Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Avqust

2017
10:38
Yol polisindən sürücüyə: `102 kimdir, burada əmri mən verirəm` – VİDEO

Cavadzadə Murad Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarından şikayətçidir. 99 YP 249 dövlət nömrə nişanlı avtomobildə xidmət aparan Binəqədi rayon DYPŞ-nin əməkdaşları ona məxsus olan "Seat" markalı, 99 HT 730 dövlət nömrə nişanlı avtomobili saxlayıb ödənilməmiş cəriməsi olduğunu və buna görə avtomobilin cərimə meydançasına aparılacağını bildiriblər. Sürücü isə cəriməni yerində ödəməyə hazır olduğunu bildirib.

Yol polisi isə "cəriməni ödə, avtomobilini buraxım get" deyib. Sürücü bildirir ki, cəriməni ödəyib qəbzləri təqdim etsə də, ona maşının duracağa getməli olduğunu bildiriblər: "Dərhal 102 xidmətinə zəng edib şikayət etdim. Oradan da bildirdilər ki, cərimə ödənilibsə, avtomobil buraxılmalıdır. Bununla bağlı məni saxlayan YPX əməkdaşına bildirdikdə "102 kimdir, burada əmri mən verirəm" dedi.

Sonra isə PPX çağıraraq məni və avtomobilimdə olan dostumu bölməyə aparmağını istədi. Guya biz onu təhqir etmişik, tabe olmamışıq. Amma videogörüntülərdə də var ki, biz hər hansı kobudluğa yol vermirik. 102 xidmətinə zəng edəndən sonra məni aparmasalar da, dostumu bölməyə aparıb izahat aldılar. Həmçinin dedilər ki, sizə hələ bir cərimə də yazacağıq ki, qoşa xəttin tələbini pozmusunuz. Amma biz heç bir qaydanı pozmamışdıq".(Avtosfer)

Sürücünün göndərdiyi görüntüləri təqdim edirik:

Məqalədə : yol polisi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3791

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2759

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2187

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1867
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-03-2020 10:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru