Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Avqust

2017
09:49
Şəhid anası polislər tərəfindən döyüldüyünü deyir - VİDEO

O, 1993-cü ildə şəhid olan Mehdi Bayramov, Asim Bayramov, Akif Bayramov, Arif Bayramov, Kənan Bayramovun anası olduğunu deyir. Sultan İlyasova 1948-ci il təvəllüdlüdür. Deyir ki, günün altında oturub sədəqə qəbul etməsinə səbəb nəvəsinin xəstəliyidir. O, 10 gündür Milli Onkologiya Mərkəzininin qarşısında bardaş qurub oturur. Qarşısından keçən insanlara heç nə demir, sadəcə ona uzadılan qəpikləri götürür.

“Balamın birini bomba “göyə uçurub”. Bir belə tikəsi əlimə gəlməyib. Onlar şəhid oldu, dövlətdən cəmi-cümlətanı mənə 110 manat pul verirlər. Daha imdad yolum yoxdur. Mənə tikilən evlərdən vermədilər, indi də bu vəziyyətdəyəm. Allah kömək olsun!” (ona yaxınlaşıb qəpik verən adama təşəkkür edir)

S. İlyasova deyir, ağciyərimdə xəstəlik var, amma nəvəmin dərdi öz dərdimi unutdurdu. Ona görə də küçəyə çıxıb pul toplamağa çalışır. Amma onun nəvəsi üçün qəpik-qəpik topladığı pul hər zaman əlinə çatmır. İki gün öncə polislər başının üstün alıb, onu bölməyə aparıblar.

“Srağagün iki polis gəldi. Dedilər ki, buradan dur! Dedim ki, a bala, mən seyid nəslindənəm, dilənçi deyiləm. Nəvəm xəstədir, ona görə buradayam. Dedilər ki, dur, yalan danışırsan. Söyüş söydülər, məni “dubinka”nın altına atdılar, döydülər, təpiklə vurdular. (belini göstərir) Biri başımdan tutdu, ayaqlarımdan tutdular, məni zorla maşına saldılar. Yığılan pulu da vurub dağıtdılar. Məni götürüb Xətaiyə apardılar”.

Şəhid anası deyir ki, başqa cür pul qazanmaq şansı yoxdur. “Dövlət kömək eləmir, prezident kömək eləmir, ikinci prezidentimiz kömək eləmir, bəs mən neyləyim?! Allah da mənə pul göndərəsi deyil ki?!”.

Məqalədə : Şəhid anası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4931

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3348

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2677

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2223
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2020 10:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru