Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

03 Avqust

2017
15:14
362
Lənkəranda 6 günlük körpəni öldürənin kimliyi məlum oldu

Lənkəranda 6 günlük körpənin kim tərəfindən öldürülərək quyuya atıldığı məlum olub.

Körpənin nənəsi Valiyə Nurullayeva istintaqa ifadəsində nəvəsini öldürərək quyuya atdığını etiraf edib.

V.Nurullayeva istintaqa ifadəsində körpənin yatan yerdə bədəninə iynələr yeritdiyini deyib. O, etdiyi cinayətə səbəb kimi ailənin ikinci övladının da qız olmasını göstərib.

V.Nurullayeva öldürülən körpənin nənəsi olmaqla yanaşı, həmçinin körpənin anasının xalası olub.

Qeyd edək ki, hadisə ilə bağlı DİN də rəsmi məlumat yayıb. Rəsmi  məlumatda bildirilib ki, iyulun 30-da saat 6.03 radələrində Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyev DİN-in “102 Zəng Mərkəzi” nə zəng edərək yaşadığı evdə uşaq arabasında olan 5 günlük qızının yoxa çıxmasını bildirib.

Həmin gün saat 6.31 radələrində Ş.Nuriyev təkrarən zəng edərək uşağın meyitinin həyətindəki su quyusunda olmasını bildirib.

Hadisə yerinə gələn Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən uşağn meyiti su quyusundan çıxarılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru