Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Avqust

2017
14:54
İraqda valideynləri tərəfindən qeyri-qanuni şəkildə Rusiyadan aparılan 48 uşaq var

İraqın Mosul şəhərində İŞİD-in təsiri altına düşən valideynləri tərəfindən qeyri-qanuni şəkildə Rusiyadan aparılan 48 uşaq var. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Russia Today telekanalı xəbər yayıb.

RF prezidenti yanında Uşaq Hüquqlarının Müdafiəsi qurumunun rəhbəri  Anna Kuzneçova İraqa aparılan uşaqlara reabilitasiyadan keçməyə və yeni valideynlər tapmağa kömək edəcəklərini bildirib. Ombudsman isə bununla bağlı  yeniyetmələrin hüquqi müşaiyyətini təmin edəcək, xüsusi reabilitasiya mərkəzldəri uşaqların aparıldığı regionu müəyyənləşdirəcək, valideynlərinin qohumlarına və ya qəyyumlarına verilənə qədər onlara  tibbi və psixi yardım edəcək.

Hazırda yeniyetmələr uşaq evlərinə yerləşdiriliblər. Rusiya XİN-i  İordaniya və İraq  siyasətçilərilə birgə uşaqların  vətənlərinə qayıtmağı təşkil edir.

Evakuasiyanın iki mərhələdə aparılacaq: uşaqlar əvvəl Mosuldan İordaniyaya, ordan da  Rusiyaya qohumlarının yanına göndəriləcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Mosul 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 22:54



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com