Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

02 Avqust

2017
16:09
887
Hansı dövlət qulluqçuları 5 ildən bir imtahan verəcəklər? - Rəsmi AÇIQLAMA

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dövlət qulluğunda işləyənlərin hər 5 ildən bir yenidən imtahan verməli olduğunu bildirmişdi.

Onun sözlərinə görə, dövlət qulluğuna qəbul imtahanda iştirak edib işə qəbul olunan şəxslərə sertifikat verilir:

 “Beş ildən sonra həmin sertifikatın hüquqi qüvvəsi itir. Buna görə də onlar yenidən imtahanda iştirak etməli olacaqlar”.

Bəs bu qərar hansı dövlət qulluqçularına şamil edilir?

DİM-dən Modern.az-a verilən məlumata görə, dövlət qulluğunda işləyənlərin 5 ildən bir imtahan verməsi haqqında qərar yeni işə qəbul olunanlara aid olacaq.

Qeyd edək ki,  "Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə “Sertifikatın Forması"nın təsdiq edilməsi haqqında qərar isə  bir neçə ay bundan öncə verilib. Qərara əsasən, şəxs dövlət qulluğu vəzifələri üzrə bir neçə Sertifikat ala bilər.

Məqalədə : dövlət qulluğu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru