Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Avqust

2017
11:14
1727
Makronun Qarabağ məsələsində erməniyönlü mövqeyinin sirri açıldı

WikiLeaks saytının Fransa prezidenti Emmanuel Makronun seçkiqabağı qərargahının 21 mindən artıq elektron məktubunu dərc etdiyi barədə məlumat vermişdik. Məlum olub ki, həmin məktubların arasında Ermənistan haqqında informasiya olanları da var. 

FaktXeber.com-un verdiyi məlumata görə, dərc olunan məktublar arasında Makron üçün xüsusi hazırlanan və Fransanın Le Mond qəzetindən göndərilən vacib hadisələrin daycesti (Başqa KİV-lərdə işıq üzü görmüş materialların qısa məzmununu əks etdirən dövri nəşr və ya səhifə - red.) də var.

Makronun Seçkiqabağı Kompaniyasının əməkdaşı Anne Kristinə yollanan bu daycestdə Roma Papası Fransiskin 2016-cı ilin iyun ayında Ermənistana səfərinin nəticələri və onun ən vacib bəyanatları təqdim olunub. Xüsusən vurğulanır ki, Roma Papası 1915-ci il hadisələrindən danışarkən «soyqırımı» sözündən istifadə edib ki, bu da Türkiyənin qəzəbinə səbəb olmuşdu.

Makron üçün digər məktubda Ermənistanın iqtisadiyyatı barədə nəşrlər gətirilərək, ölkənin inkişafının kənd təsərrüfatının və IT texnologiyasından asılı olduğu vurğulanıb.

«Ermənistan işsizliyin yüksək səviyyəsindən əziyyət çəkir. Sakinlərin 1/3-i yoxsulluq həddindədir. Lakin kompyuter sənayesinin inkişafı iqtisadi planda hər şeyi dəyişə bilər», -deyə Emmanuel Makron üçün daycestdə vurğulanıb.

Qeyd edək ki, Emmanuel Makron 2017-ci ilin may ayında Fransa prezidenti seçilib. Seçilənə qədər Makron dəfələrlə erməni mövzusuna toxunub və iddia edib ki, Qarabağ məsələsinin erməniyönlü həllinə çalışacaq.

Məqalədə : Qarabağ 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
72

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1339
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 04:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru