Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

01 Avqust

2017
17:16
983
Çoxumuzun xəbəri olmayan bir xəstəlikdən bəhs edən yazı

Narkolepsiya gündüz vaxtları həddindən artıq yuxu tendensiyası ilə xarakterizə edilən neyropsixiatrik xəstəlikdir. Yuxu iflici, katapleksiya (Katapleksiya- pasient oyaq olarkən postural tonusun ani itməsi (atoniya) nəticəsində onun yıxılmasına səbəb olur. Atoniya - hər hansı bir əzələ qrupunu əhatə edə bilər - red.) və hipnoqojik hallyusinasiya isə bu xəstəliyin davam etməsi ilə ortaya çıxan və narkoleptik xəstələrin 70 faizində müşahidə edilən digər pozuntulardır.

Narkolepsiya xalq arasında məlum olduğu kimi mürgüləmək, yatıb qalmaq, çox yatmaq və s. kimi sadə bir məsələ deyil. İnsanı həyatdan ayıran, gündəlik işlərini belə, görə bilməyəcək hala gətirən və təəssüf ki, müalicəsi olmayan xəstəlikdir. Yalnız xəstələrin həyatlarını asanlaşdıran müalicələr tətbiq olunur.

Adətən ilk əlamətləri 15-25 yaş arasında ortaya çıxan genetik xəstəlikdir.

Ən əsas simptomlarından biri gecə kifayət qədər yatmasına baxmayaraq, gün ərzində hədsiz yuxuya meylin olmasıdır. 

Narkolepsiyaya tutulmuş xəstələri heç də uyğun olmayan yerlərdə və zamanda, əksər vaxt isə özlərinin belə hissə etmədən yuxuya getdiklərini görmək mümkündür.

Gün ərzində yuxu "hücum”ları bəzən özlərinə xəbərdar edərək, bəzənsə xəbərdarlıq etmədən fiziki olaraq yatmaq ehtiyacı dözülməz şəklində yaranır.

Narkoleptik insanlar gündəlik işlərini görərkən özlərinə görə bəzi tədbirlər görmək yolunu tuturlar. Çünki narkoleptik insanlarda tez-tez müşahidə edilən katapleksiya vəziyyəti yıxılmalara, yaralanmalara və s. səbəb olur.

Katapleksiya əzələlərin funksiyasını itirdiyi, başa düşülməyən danışıq, boyun və ya ayaqlardakı gücün zəifləməsi nəticəsində bədəni çökdürən epizodik vəziyətdir.

Bu epizod həddindən artıq gülmək, qəzəb və ya qorxu kimi reaksiyalar tərəfindən ortaya çıxır.

Gün ərzində baş verən belə qısa yuxu vəziyyəti birdən çox ola bilər.

Katapleksiyanın müddəti bir neçə saniyədən bir neçə dəqiqəyə qədər uzanır.

Şəxs həmin zaman şüurunu itirmir, yalnız bədən funksiyaları iflicə məruz qalır.

Belə ki, çox vaxt ictimai yerlərdə yuxu "hücum”una məruz qalan şəxslər spirtli içki qəbul etmiş və ya narkotik çəkmiş kimi qəbul edilir. Hər şeyi eşidir, görür, ancaq cavab verə bilmir.

Yuxu iflici isə oyanma zamanı müvəqqəti danışa, ya da hərəkət edə bilməmək vəziyyətidir.

Bu, qorxuducu olsa da, təhlükəli deyil.

Hipnoqojik hallyusinasiya isə son dərəcə canlı görünən, tez-tez qorxuducu olan, yuxuya getmə və oyanış zamanı müşahidə edilən yuxuya bənzəyən haldır.

Gündüz həddindən artıq yuxu meyli, yuxu iflici, hipnoqojik hallyusinasiya, xüsusilə kifayət qədər yatmış şəxslərdə də gözlənilən fəsadlar olmaqla bərabər, katapleksiya yalnız narkoleptik xəstələrə xas bir haldır.

Narkoleptik xəstələrdə bu simptomların hamısı birdən müşahidə edilmir. Bunların hamısına malik xəstələrin faiz nisbəti 20-25 arasında dəyişir.

Narkolepsiya xəstəliyinin səbəbi qəti şəkildə müəyyənləşdirilməyib və bu ana qədər məlum olan ən konkret səbəb genetik yolla keçməsidir.

Bu xəstəlik ciddi narahatlıqdır. Onun gülüb, əylənəcək tərəfi yoxdur.

FaktXeber.com

Məqalədə : Narkolepsiya 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru