Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

01 Avqust

2017
15:24
447
İsrail Netanyahu ilə Abbasın görüşünə razılıq verib

İsrail ölkənin baş naziri Binyamin Netanyaxu ilə Fələstin lideri Mahmud Abbasın  görüşünə razılıq verib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə İsrailin Rusiyadakı səfiri Qarri Koren xəbər verib.

O, bildirib ki, bunun üçün Məbəd dağında vəziyyət sakitləşməli, Fələstin isə heç bir şərt irəli sürməməlidir. 

Koren xatırladıb ki, Beynəlxalq kvartet (Ərəb-israil münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə BMT, Rusiya, ABŞ və Avropa birliyinin səylərinin birləşdirilməsi) Qüdsdə İsrail və Fələstin tərəfi ilə görüşüb, bundan sonra isə bəyanat səsləndirib.

«Konsultasiyanın yekunları üzrə kvartetin bəyanatı bizi tam qane edir», - deyə Koren əlavə edib.

Məqalədə : Fələstin İsrail 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru