Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

01 Avqust

2017
10:02
1441
Məleykə Abbaszadə: `Ola bilər bu il müəyyən plan yerləri boş qalsın`

“Bu il ali məktəblər üçün 42 806 vakant yer təqdim olunub. Hətta ola bilər ki, müəyyən yerlər boş qalsın”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Ötən illə müqayisədə vakant yerlərin 2 faiz artdığını qeyd edən M.Abbaszadənin sözlərinə görə, I qrupda bu göstərici 1 faiz, II qrupda 5 faiz artıb, III qrupda demək olar eyni qalıb, IV qrupda 3,5 faiz azalma, V qrupda isə təxminən 8 faiz artım var.

DİM sədri xatırladıb ki, avqustun 10-da ixtisas seçimi başa çatandan sonra xüsusi proqram təminatı vasitəsilə yerləşdirilmə aparılacaq: “Toplanan bala və ixtisas seçiminə görə nəticələr elan olunacaq. Bundan sonra boş qalan yerlər elan olunacaq. Bu da avqust ayının 15-dən sonra olacaq. Bunun üçün sənəd qəbulunun avqustun 15-dən 19-a kimi olmasını nəzərdə tutmuşuq. Nəticələri elan etdikdən sonra, avqustun 20-dən 30-dək ali məktəblərə qeydiyyat aparılacaq. I mərhələnin qeydiyyatı avqustun 15-dən 25-ə qədər aparılacaq”.(Report)

Məqalədə : Məleykə Abbaszadə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 22:48

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru