Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 İyul

2017
15:12
1509
Nazirlik: 8760 uşağa aylıq sosial müavinət ödənilir

Cari ilin 1 iyul tarixinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizdə beşdən çox uşağı olan 3022 nəfər qadının 18 yaşına çatmamış 8760 nəfər uşağına aylıq sosial müavinət ödənilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ümumilikdə, ölkədə aylıq sosial müavinətlə təmin olunanların bir hissəsini də uşaqlar təşkil edir. Belə ki, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl AES əlillərinin, şəhid ailələrinin, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları, aztəminatlı ailələrin 1 yaşınadək uşaqları aylıq sosial müavinətlə təmin olunurlar.

Ailə başçısını itirməyə görə aylıq müavinət və əmək pensiyası ödənilən ailələrdəki ailə üzvlərinin mühüm hissəsi uşaqlardan ibarətdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin 6 ayında aylıq və birdəfəlik sosial müavinətlə təmin olunanların ümumi sayı isə 442,8 min nəfər təşkil edib.

Məqalədə : sosial müavinət 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
358

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
446

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
498

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
972

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
585

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
565
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-09-2019 18:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru