Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 İyul

2017
10:18
Lənkəranda icra nümayəndəsinin müavinini bıçaqlayan şəxs saxlanılıb

Lənkəran rayonunda icra nümayəndəsinin müavinini bıçaqlayan şəxs saxlanılıb. Rayonun Günəhir ərazi vahidliyi üzrə icra nümayəndəsinin müavini vəzifəsində çalışan 40 yaşlı Mirzəyev Famin Mirhüseyn oğlunu bıçaqlyan Sumqayıt şəhər sakini Caniyev Amil Babarəhim oğlu saxlanılaraq istintaqa cəlb olunub. Onun polisə könüllü təslim olduğu deyilir. İlkin ifadəsində A.Caniyev kəndə toy məclisində iştirak etmək üçün gəldiyini, yeyib-içdikdən sonra toydan çıxıb və F.Mirzəyevlə sözləri düz gəlmədiyini, aralarında yaranan mübahisənin qan tökülməklə nəticələndiyini bildirib.

Xatırladaq ki, hadisə dünən axşam saatlarında Lənkəran rayonunun Günəhir kəndində baş verib. Günəhir kəndi Lənkəranın ən ucqar dağ kəndlərindən olduğuna görə yaralı xəstəxanaya çatdırılana qədər xeyli qan itirib. Sol döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Günəhir ərazi vahidliyi üzrə icra nümayəndəsinin müavini F.Mirzəyev əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, hazırda xəstənin vəziyyəti keçirilən əməliyyata uyğundur. Həyati təhlükəsi yoxdur. Vəziyyəti stabilləşməyə doğru gedir.

Faktla bağlı cinayət işi başlanıb.(Report)

Məqalədə : Lənkəran rayonu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61233

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59005

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60698

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60308

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
65845

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60141

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60339
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-01-2021 13:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru