Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 İyul

2017
09:51
Dünya birjalarında neft bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,18 dollar və ya 0,36% artaraq 49,89 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,30 dollar və ya 0,57% artaraq 52,82 dollar olub.

Ticarət sessiyası ərzində WTI markalı neftin 1 barelinin dəyəri mayın 30-dan etibarən ilk dəfə 50 dollar həddini keçib.

Cümə günü aylıq maksimumu yeniləyən Brent markalı neftin qiyməti isə hələ də 52 dollardan yuxarı olaraq qalır.

7-8 avqust tarixlərində Əbu-Dabidə OPEC+ ölkələrinin Texniki komitəsinin iclası keçiriləcək. Görüşdə bəzi ölkələr tərəfindən hasilatın azaldılmasına dair üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi müzakirə olunacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İnsan alverinə qarşı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2018 07:40



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com