Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 İyul

2017
16:25
Şahin Həsənli cəzaçəkmə müəssisələrində olub - FOTO

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanmış Tədbirlər Planı çərçivəsində 2017-ci ildə keçirilməsi planlaşdırılan seminar-treninqlər davam edir.

6 və 15 saylı cəzaçəkmə müəssisələrində keçirilən maarifləndirici tədbirlərdə Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin məsul əməkdaşı Mübariz Vəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov və Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi, "Məşədi Dadaş" məscidinin imam-camaatı Hacı Şahin Həsənli iştirak ediblər.

Tədbirlərdən öncə qonaqlar məhkumlara dini etiqadlarını həyata keçirmək üçün müəssisədə yaradılmış şəraitlə tanış olublar. Bildirilib ki, məhkumlar üçün müəssisədə məscidlərlə yanaşı, 15 saylı cəzaçəkmə müəssisəsində pravoslav xristianların mənəvi tələbatlarını həyata keçirmək üçün ibadət evi də fəaliyyət göstərir. Mütəmadi olaraq Rus Pravoslav kilsəsinin ruhaniləri müəssisəyə baş çəkir və dini ayinləri icra edirlər. Eyni zamanda, müəssisələrdə kitabxanaların da fəaliyyət göstərdiyi və məhkumların Dövlət Komitəsinin müvafiq razılığı ilə çap edilən dini ədəbiyyatlardan geniş istifadə etdikləri diqqətə çatdırılıb.

Tədbirlərdə iştirak edən ilahiyyatçı Hacı Şahin Həsənli xalqımızın milli-mənəvi dəyərlərindən söz açaraq dünyanın imtahan olduğunu bildirib: “Bəzi inanclardan fərqli olaraq biz həm bu dünya, həm də axirət üçün yaşayırıq. Bu dünyada etdiyimiz əməllərə görə cavab verməli olacağıq. İnsanların əməlləri onlardan mütləq soruşulacaq”.

Harada olmasından və zamanından asılı olmayaraq insanların tutduğu əmələ görə peşmançılıq çəkməsi və tövbə etməsinin vacibliyinə toxunan ilahiyyatçı Allahın onları əfv etmək qüdrətinə malik olduğunu deyib.

Tədbirin sonunda məhkumların çoxsaylı suallar cavablandırılıb və onlara dini ədəbiyyatlar hədiyyə edilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Hacı Şahin Həsənli 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 03:55



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com