Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 İyul

2017
14:28
Sumqayıtda avtobus sürücülərinin özbaşınalığı

Sumqayıt sakinləri şəhərdə hərəkət edən avtobuslardan və sürücülərdən narazıdırlar. Sumqayıtlılar yeni gətirilmiş və 7 saylı xətt üzrə hərəkət edən "AKİA" markalı avtobusların kondisioneri olmasına baxmayaraq, sürücülərin son günlərdəki dözülməz isti havalarda belə ondan istifadə etmədiyini deyirlər.

Sərnişinlərin "kondisioneri niyə qoşmursunuz?" sualına isə sürücülər "yanacağa təsir edir, pulu isə bizim cibimizdən çıxır," - deyə cavab verirlər.

Bundan əlavə, sürücülərin avtobusları təhlükəli idarə edərək sərnişinlərin həyatını təhlükəyə atdıqlarını bildirən Rahid adlı Sumqayıt şəhər sakini deyir ki, sürücülər harda gəldi əyləcə basır, avtobusdaca siqaret çəkir, sükan arxasında telefonla danışır, dayanacaqlardan başqa hər yerdə saxlayırlar. 

Problemlə bağlı Sumqayıt şəhər Nəqliyyat Departamentinin mövqeyini öyrənməyə çalışdıq. Departamenti rəisi Seyfulla Əsədullayev Milli.Az-ın məsələ ilə bağlı sorğusunu belə cavablandırıb:

"Avtobuslarda kondisionerlər daimi olaraq işləyir. 2-3 avtobusda bu problem var idi, amma artıq onu aradan qaldırdıq. Dayanacaqdan kənarda saxlayan, sükan arxasında siqaret çəkən, telefonla danışıb sərnişinlərin həyatını təhlükəyə atan sürücülərlə bağlı isə departament işçiləri mütamadi olaraq reydlər keçirir. Bu cür hallarla rastlaşan sərnişinlərdən xahiş edirik ki, Nəqliyyat Departamentinə konkret faktlarla müraciət etsinlər ki, biz də həmin sürücülər barəsində lazımi tədbirləri görək. Departamentin əlaqə nömrələri avtobusların əksəriyyətində yazılıb".

Məqalədə : Sumqayıt 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
18353

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
16982

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
18357

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
17926

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
23415

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
17866

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
17985
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-08-2020 05:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru