Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 İyul

2017
12:26
Dövlət Neft Fonduna toplanan vəsaitin həcmi AÇIQLANDI

Bu ilin ilk 6 ayında Dövlət Neft Fondunun (Fond) vəsaiti ilin əvvəlinə nisbətən 1643,9 mln. ABŞ dolları (büdcədənkənar gəlirlər 1288,8 mln. ABŞ dolları daxil olmaqla) və ya 4,96%-ə qədər artaraq 34790,9 mln. ABŞ dolları təşkil edib.

Bu barədə Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlir və xərclərinin icra vəziyyəti haqqında təhlilində qeyd edilib.

 Bildirlib ki, hesabat dövründə Dövlət Neft Fondunun gəlirlərinin ümumi həcmi 6127,2 mln. manat və yaxud 3504,7 mln. ABŞ dolları təşkil etməklə büdcədə nəzərdə tutulan məbləğə qarşı (8370,6 mln. manat) 73,2% səviyyəsində yerinə yetirilib. Fondun xərcləri isə 5533,8 mln. manat və ya 3149,6 mln. ABŞ dolları təşkil etməklə büdcədə nəzərdə tutulan məbləğə qarşı (14483,9 mln. manat) 38,2% səviyyəsində icra edilib.

Fondun baza valyutasını təşkil edən ABŞ dolları ifadəsilə büdcədənkənar gəlirlər 1288,8 mln. ABŞ dolları təşkil edib, həmin dövr ərzində isə ABŞ dolları ifadəsilə Fondun büdcədənkənar xərcləri olmayıb.

2017-ci ilin ilk yarımilliyində Fondun investisiya portfelinin gəlirliyi 1,12% təşkil etmişdir ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 0,62 faiz bəndi çoxdur. Gəlirliyin artımını xərclərin nəzərdə tutulmuş məbləğə qarşı az icra edilməsi və səhm yatırımları üzrə gəlirliyin keçən ilin müvafiq rəqəmləri ilə müqayisədə daha yüksək olması ilə əlaqələndirmək olar. Fondun ümumi gəlirlərinin 6 aylıq dövr ərzində 73,2% icra edilməsinin əsas səbəbi kimi xam neftin ixrac qiymətinin dövlət büdcəsində 40 ABŞ dolları həcmində proqnozlaşdırılmasına baxmayaraq 6 aylıq dövr ərzində mənfəət neftinin orta çəkili satış qiymətinin 53,0 ABŞ dolları təşkil etməsi olmuşdur. Ümumilikdə isə manat ifadəsilə Fondun vəsaitləri 01.07.2017-ci il tarixə 57474,2 mln. manat təşkil edib.

 Rəsmi məlumata görə, Fondun xərclərinin 6 aylıq dövr ərzində 38,2% icra edilməsini isə makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankına transfertin nəzərdə tutulmuş məbləğə qarşı (7500,0 mln. manat) 32,7% az icra edilməsi ilə (2448,3 mln. manat) əlaqələndirmək olar. Fond tərəfindən 2017-ci il üçün dövlət büdcəsinə 6100,0 mln. manat məbləğində nəzərdə tutulmuş transfert cari ilin altı ayı ərzində 2991,0 mln. manat və ya 49,1% səviyyəsində icra edilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Dövlət Neft Fondu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 06:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com