Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

26 İyul

2017
11:45
1217
Şəmkirin Zəyəm kəndində baş verən intihara dövlət rəsmisi münasibət bildirdi

Mahmudovlar ailəsi sakit, həyatı axarında yaşayan ailədir. Bunu Modern.az-a Şəmkir rayon Zəyəm kənd icra nümayəndəsi Elçin Abbasov iki azyaşlı övladı ilə birgə özünü qatarın altına atmaqla intihar etmiş qadın haqda danışarkən bildirib.

E.Abbasov deyib ki, ailə başçısı Nəsrəddin Mahmudov hadisənin şokundadır:

“Elə kənd camaatı da çox narahatdır. Pərvanənin belə bir addım atmasına heç kim inana bilmir. Maddi imkanları da yaxşı olub. Yəni kimsə deyə bilməz ki, gəlin azyaşlı uşaqları ilə birlikdə maddi ehtiyaca görə özünü öldürüb. Nəsrəddin öz maşını ilə yük daşıyırdı. Hamı onları sakit, mədəni bir ailə kimi tanıyıb”.

Kənd rəsmisi deyib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır:

“Oğlanın bibisi şəkər xəstəsidir, övladı yoxdur. Pərvanənin onunla sözü çəp gəlib. Evdən acıq edib çıxanda deyib ki, gedir atası evinə, amma uşaqlarla birgə özünü öldürüb. Yəqin araşdırmalardan sonra dəqiq məlumat bilinəcək”. (modern)

Məqalədə : Zəyəm kəndi Şəmkir 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru